Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsi elan edir!

Öz zövqünə güvənən 10-18 yaş arası uşaqları martın 1-dən iyunun 1-dək, həftənin şənbə günləri, saat 10:00-dan 13:00-a qədər muzeyimizdə milli geyimlərin tikilməsi və təbliği məqsədi ilə həyata keçiriləcək təhsil proqramına qatılmağa dəvət edirik. “Nənəmin sandığından yaranmış Fashion Show’’ adlı proqram müddətində sizə milli geyimlərimizin tarixi, həmçinin materiallardan istifadə qaydaları, məmulatın tikilmə üslubu haqqında nəzəri və praktik dərslər keçiləcək. 3 aylıq təhsil proqramının sonunda iştirakçılar tərəfindən hazırlanmış kostyumların moda nümayişi olacaq. Təhsil proqramını uğurla bitirən uşaqlara sertifikatlar təqdim ediləcək.
 
Əlavə məlumat üçün: ​ ​ (055) 860-30-22, (055) 262-81-84