Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalq rəqs sənətində tarixi, etnoqrafik, etik və estetik meyarların təcəssümü” mövzusunda mühazirə keçirilib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Atakişiyevanın təqdim etdiyi mühazirədə xalq rəqslərinin tarixinə dair maraqlı məlumatlar, önəmli faktlar diqqətə çatdırılıb. O, rəqs sənətinin insan həyatındakı rolundan, incəsənətin və xalq yaradıcılığının digər sahələri ilə əlaqəsindən söhbət açıb. Kəmalə Atakişiyeva xalq rəqslərinin zəngin obrazlar aləmi, həmçinin görkəmli rəqs ustaları haqqında da danışıb.