“Баку” jurnalının növbəti sayında E.Qerşqoviçin “Sovet Azərbaycanının sədası. Xalça. Tikmə. Plakat” sərgisinə həsr etdiyi “Xoşbəxtlik naminə təbliğat” adlı məqaləsi ilə tanış ola bilərsiniz.
“Баку” jurnalının növbəti sayında E.Qerşqoviçin “Sovet Azərbaycanının sədası. Xalça. Tikmə. Plakat” sərgisinə həsr etdiyi “Xoşbəxtlik naminə təbliğat” adlı məqaləsi ilə tanış ola bilərsiniz. Moskvada Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində keçirilən sərgi Azərbaycan xalçasının YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibəti ilə təşkil olunmuşdur. Bu tədbir Azərbaycan Milli Xalça Muzeyinin xarici muzeylərlə əməkdaşlığı nəticəsində birgə həyata keçirdiyi nəhəng layihələrdən biridir.