İçərişəhər

Əziz dostlar!
Bu gün sizlərə “Çini, şüşə, ağac, kağız” kolleksiyasında yer alan maraqlı eksponatlardan- dekorativ pannolardan söhbət açacağıq.
Ağac üzərində oyma texnoloji üsulu ustadan zərgər dəqiqliyi və incə bədii zövq tələb edir. Onlar öz işlərini oyma, həkketmə və bu kimi müxtəlif texnoloji üsulların köməyi ilə ornament və süjetli təsvirlərlə bəzəyirlər. Dekorativ-tətbiqi sənətdə İçərişəhər mövzusu hər zaman popular olaraq qalır. Qennadiy Şuqayevin “İçərişəhər” pannosunda sanki quş uçuşu hündürlüyündən qədim şəhərin təsviri verilib. Ağacın isti fakturası qala divarlarının əhatəsində bütün tarixi yerləri − Şirvanşahlar sarayı kompleksi, Qız qalası, məscid, bazar meydanı, karvasaray və hamamları ətraflı göstərməyə imkan verir. Rəssam Vaqif Əhmədovun “Bakı – Atəşgah” pannosunda “Odlar yurdu”-Azərbaycanın əsas rəmzi olan atəşgahı görmək olar. Bu əsər üçün kompozisiyanın üslub vəhdəti və milli özünəməxsusluq səciyyəvidir.