Arxalıq

Əziz dostlar!
 
“Parça, geyim, tikmə” kolleksiyamızdan qadın milli geyimlərimizin əsas növlərindən biri olan arxalıq haqqında məlumatları sizə təqdim edirik.
 
Azərbaycan ərazisində geniş yayılmış üst çiyin qadın geyimlərindən biri arxalıq idi. Arxalıq tikmək üçün məxmər, tirmə və cürbəcür zərli parçalardan istifadə edir, müxtəlif şərid, qızılı krujeva və s. ilə bəzəyirdilər. Adından göründüyü kimi (arxa-kürək), arxalıq qadınların sinə nahiyyəsini açıq saxlayaraq bədənin kürək hissəsini tamamilə örtürdü. Geyimin döşündəki açıq yer çiyin tikişindən aşağıya doğru dərin kare formasında biçilir və sinədən aşağı düymələnirdi. Tədqiq olunan dövrdə Azərbaycan qadın geyimlərində hələ alt paltarı olmadığından qadın arxalığının lifinə hər iki tərəfdən şaquli şəkildə qadın döşlərini tutan və paltara, korsetə tikilən sümük (quzu), metal və ya ağacdan düzəldilmiş mil qoyurdular.
 
Arxalıq. Azərbaycan. XX əsrin əvvəli.
Məxmər, pambıq. Təkəlduz.
İnv. № 6810