Küləcə

Dəyərli izləyicilər!
 
İndi sizə üst qadın geyimlərinin daha bir növü-küləcə haqqında məlumatları təqdim edirik.
 
Bel calağından xırda qırçınlı ətək tikilən küləcə Naxçıvanda daha çox yayılmışdı. Küləcənin düymələri olmur və uzunluğu dizə çatırdı. Bu geyimin qollarına, yaxasına, ətəyinə və bel calağına çox vaxt qızılı, gümüşü saplar, muncuqlar, zərli bəzək və məlilə vasitəsi ilə gözəl naxışlar vurulurdu.
 
 
Küləcə. Naxçıvan, Azərbaycan. XIX əsr.
Məxmər, pambıq. Muncuq, pilək. İnv. № 2325