Baharı. Təkəlduz, qaragöz
Əziz dostlar!
Sizə üst qadın geyimlərinin növbəti bir növü-baharı haqqında məlumatları təqdim edirik.
Azərbaycanlı qadınların soyuq havada geyindikləri isti çiyin geyiminin başqa bir növü baharı olmuşdur. Sırıqlı astara tikilmiş baharı belə qədər bədənə kip oturur, onun xırda büzməli
artırma ətəyi isə bel yerinə tikilirdi. Baharının uzunluğu adətən, ombaya çatırdı. Qolları dirsəyə
qədər olub, düz biçilir və məmulatın qabaq ətəkləri düymələnmirdi. Baharı Qarabağ, Bakı və
Lənkəranda yayılmışdır. Baharının yerliyi başlıca olaraq, bədii naxış üçün əlverişli olan bir rəngli tünd məxmərdən tikilirdi. Onun ətəyini, yaxasını və qollarının ağzını bəzəyirdilər. Dekor kimi cürbəcür şəridlərdən, başqa parçadan olan incə zehlərdən, qızılı krujevalardan da istifadə edirdilər.
Baharı. Qarabağ, Azərbaycan. 1283 hicri /1866.
Tirmə, yun. Təkəlduz, qaragöz. İnv. № 9445
Üzərindəki yazı: Sahibi Narıngül. Naz xanımın qızı. 1283 hicri/1866