Kürdü

Əziz dostlar!
“Parça, geyim, tikmə” kolleksiyamızdan qadın geyimlərinin daha bir növü-kürdü haqqında məlumatları diqqətinizə çatdırırıq.
Kürdüləri adətən məxmər, bafta, tirmə və digər parçalardan tikir, bəzən də xəzi içəriyə olmaqla yaxşı aşılanmış dəridən hazırlayırdılar. Bəzən kürdünü sırıqlı tikirdilər. Onun üçün parçanın üstünə yun döşənir, astar tikilir və ətraflara xəz qoyularaq sırınırdı. Xəzin qıraqları isə bafta ilə bəzədilirdi. Qarabağ kürdüsü bədənə kip yapışır, qolsuz tikilir, xəz və baftadan başqa heç bir bəzəyi olmurdu. Gəncədə aşılanmış dəridən hazırlanan kürdünün qollarına və gizli tikişlərinə əlavə xəz qoyulmurdu.
Kürdü. Qarabağ, Azərbaycan. XIX əsrin sonu.
Məxmər, pambıq, xəz. Təkəlduz, qaragöz. İnv. № 1637