Çəpkən
Əziz dostlar!
“Parça, geyim, tikmə” kolleksiyamızdan milli qadın geyimlərinin növbəti növünü-çəpkəni sizə təqdim edirik.
Üst qadın geyiminin milli növü olan çəpkən Azərbaycanın bütün ərazisində geniş yayılmışdır.
Çəpkən astar üstünə tikilir və bədənə kip otururdu. Çəpkənin yanlarında kiçik yarığı olurdu. Digər üst çiyin geyimləri ilə müqayisədə çəpkənin fərqləndirici cəhəti əlləri xatırladan əlcəklə − buruncuqla qurtaran yalançı qollarının olmasıdır. Bu cür qollar sərbəst şəkildə çiyinlərlə birləşirdi. Bəzən qolların kəsiyi boyu düymələr olurdu. Çəpkənin qollarına kontrast rəngli bahalı ipək parçalardan astar salınırdı. Çəpkəni tirmə, məxmər və müxtəlif cür zərli parçalardan tikirdilər. Çəpkəni şəridlə, başqa parçadan olan əyri köbə ilə və zərli krujevalarla bəzəyirdilər.
Çəpkən. Azərbaycan. XIX əsr.
Tirmə, qanavuz. Qaragöz, bafta.
İnv. № 7455