Ləbbadə

Dəyərli izləyicilər!
“Parça, geyim, tikmə” kolleksiyamızdan qadın geyimlərinin daha bir növü-ləbbadə haqqında məlumatları diqqətinizə çatdırırıq.
 
Ləbbadələr adətən sırıqlı və astarlı olur. Ləbbadənin yaxası açıq olub, bel hissədə bağ ilə bağlanırdı. Ləbbadənin beldən bir qədər aşağıda yan tərəflərində qısa çapığı olur. Qolu qısa, dirsəyə qədər, qoltuq yeri açıq biçilirdi. Ləbbadə tirmə, məxmər və müxtəlif zərli parçalardan tikilib, yaxası, qolunun ağzı və ətəyi zərif baftalarla bəzədilirdi.
Ləbbadə. Şəki, Azərbaycan. XIX əsr.
Məxmər, pambıq, tirmə. Bafta. İnv. № 2322