Çarşab. Rübənd.
Əziz dostlar!
Sizə “Parça, geyim, tikmə” kolleksiyamızdan qadın baş geyimlərindən olan-çarşab və rübənd haqqında məlumatları təqdim edirik.
Azərbaycan qadınları evdən kənara çıxarkən istənilən geyim və baş örtüyünün üstündən iki cür – yarımdairəvi yapıncı-çarşab və düzbucaqlı məfrəş-çarşab salırdılar. Çarşab üçün pambıq, ipək və yerli atlas parçalardan istifadə edirdilər. Əgər əvvəllər çarşaba saya parça işlədirdilərsə, sonralar isə basma, o cümlədən, dama-dama və güllü parçalardan tikirdilər. Gənc qızların çarşabları ağ ipək və pambıq parçadan idi. Çarşab əsasən, şəhər və şəhərətrafı kəndlərin sakinləri üçün xarakterik olmuşdur. Çarşabın mütləq detalı üzü örtən rübənd (burğa, niqab, duvaq) idi. Rübənd adətən, birbaşa gözün üstdən başlayaraq az qala göbəyə çatan və başda çarpaz şəkildə qatlanılmış şəridlə saxlanılan ağ kisəyidən olan enli zolaq idi.
Çarşab. Şəki, Azərbaycan. XIX əsr. Qanauz İnv. № 6163
Rübənd. Qazax, Azərbaycan. XX əsrin əvvəli.
Pambıq, ipək. İnv. №7512