Tikmə (pərdə)
Əziz dostlar!
Sizə “Parça, geyim, tikmə” kolleksiyamızdan nadir tikmə (pərdə) haqqında məlumatları təqdim edirik.
Varlı azərbaycanlı ailələrin ev interyerində əsas rolu divardan asılan tikmə pannolar oynayırdı.
Əsasən “Həyat ağacı” mövzusunda bəzədilmiş bu tikmələr estetik təyinata malik olmaqla yanaşı, həm də bəd nəzərdən qoruyucu kimi çıxış edərək interyeri bəzəyirdi. Bu tip tikmələr düzbucaqlı formada və kifayət qədər böyük ölçülü olurdu. Onların astarı adi, üz tərəfi isə tünd rəngli mahud parçadan olurdu və təkəlduz texnikasında hazırlanırdı.
Tikmə (pərdə). Gəncə, Azərbaycan. XIX əsrin sonu.
Mahud, pambıq. Pilək, qurama, təkəlduz. İnv. № 5585