Tikmə

Əziz dostlar!
Sizə “Parça, geyim, tikmə” kolleksiyamızdan növbəti orijinal tikmə haqqında məlumatları təqdim edirik.
 
Şəkidə hazırlanan iri ölçülü divar pannosu yun parça üzərində təkəlduz texnikasında hazırlanmışdır. Tikmənin mərkəzində həyat ağacı (sərv) və onun hər iki tərəfində tovuz quşu təsvir edilmişdir. Tikmənin kənarları qotazlar və saçaqlarla bəzədilib.  
 
Tikmə. Şəki, Azərbaycan. XIX əsr.
Yun. Təkəlduz. 258x158 sm.İnv. № 345