Panno
Dəyərli izləyicilərimiz!
Bildiyiniz kimi, ən önəm verdiyimiz sahələrdən biri eksponatlarımızın konservasiyasıdır. “Tikmə, parça, geyim" kolleksiyasından konservasiya edilən növbəti eksponatı təqdim edirik.
Panno kimi istifadə edilən bu tikmənin aşağı hissəsinin əsas parçası hissələrlə tamlığını itirmiş, astarlıq parçası isə nahamar formada idi. Konservasiya zamanı astarlıq parçası demontaj edilərək yenidən bərpa tikişləri ilə bərkidildi. Onun materialına, rənginə uyğun saplar və parça seçilib, tamlığını itirmiş hissənin arxa tərəfinə əsas verilərək birləşdirici tikiş vasitəsilə, xüsusi üsullarla konservasiya edildi.
Panno. Şəki, Azərbaycan. XIX əsr. Yun. Təkəlduz. İnv. № 345