Qaşıqdan
Dəyərli izləyicilər!
Sizə “Xalça məmulatları” kolleksiyamızdan növbəti eksponatı-qaşıqdanı təqdim edirik.
QAŞIQDAN.
Qaşıqdan və ya çömçədan Azərbaycanda üz tərəfi zili, arxa tərəfi isə sadə palaz toxunuşlu mətbəx ləvazimatlarını saxlamaq üçün toxunan xüsusi uzunsov torbadır. Onda qaşıq, çömçə, oxlov və digər bu tip məişət əşyaları saxlanılırdı. Qaşıqdan müxtəlif ölçülərdə toxunsa da əsasən, 15x30–35 sm olçüdə olanlara daha çox təsadüf edilir. Onun qıraqları saçaqlarla bəzədilir. Bədii tərtibatlarında əsasən həndəsi naxışlara daha çox üstünlük verilir.
Qaşıqdan. Bakı, Azərbaycan. XX əsrin əvvəli.
Əriş, arğac – yun, naxış ipi – yun, pambıq. Keçirtmə,
dolama texnikası. İnv. № 3990