Qaşlıq

Dəyərli izləyicilər!
Sizə “Xalça məmulatları” kolleksiyamızdan növbəti eksponatı-qaşlığı təqdim edirik.
 
QAŞLIQ. Qaşlıq biçimi heybə ilə eyni, ölçüsünə görə isə ondan kiçik olan və əsasən xovsuz texnikada toxunan xalça məmulatıdır. Yun, pambıq və kecidən hazırlanan qaşlıq yəhərin
qabaq hissəsinə, yəni qaşına taxıldığına görə belə adlanırdı. Son dövrlərə qədər səfərə çıxarkən yola götürülən yemək onun içinə qoyulurdu.
 
Qaşlıq. Qarabağ, Azərbaycan.
XX əsrin əvvəli. Əriş, arğac – ipək.
Keçirtmə texnikası. İnv. № 3181