Duz torbası

Əziz dostlar!
Sizə “Xalça məmulatları” kolleksiyamızdan növbəti eksponatı-duz torbasını təqdim edirik.
 
DUZ TORBASI.
 
Duz torbası duzluq və ya duzqabı da adlandırılan məişət məmulatı olub, duz saxlamaq üçün istifadə edilən ornamental torbadır. Xüsusi naxış və ornamentlərlə bəzədilmiş duz torbası uzun, dar boğazlı olmaqla müxtəlif rəngli yun, pambıq və həmçinin ipək ipliklərdən hazırlanırdı. Onlar əsasən zili (qayıq) və ya qarışıq texnikada toxunurdu. Duz torbasının naxışları dəqiq, həndəsi şəkilli və zəngin rəngli olur. Onlar toxunarkən daha çox dolğun qırmızı tonlara üstünlük verilirdi.
 
Duz torbası. Qarabağ, Azərbaycan. 1950-ci illər.
Əriş, arğac, naxış ipi – yun. Keçirtmə, dolama
texnikası. İnv. № 3942