Ləməqabağı
Əziz dostlar!
Sizə “Xalça məmulatları” kolleksiyamızdan növbəti eksponatı-ləməqabağını təqdim edirik.
LƏMƏQABAĞI. Yaxın keçmişə qədər ev interyerinin bəzək elementlərindən biri ləməqabağı olmuşdur. Ləmələr adətən, insan boyu hündürlüyündə, divar boyunca kərpicdən, taxtadan, palçıqdan qab-qacaq düzmək üçün hazırlanmış rəflərdir. Rəflərin üst və ya alt hissəsini
bəzəmək üçün və ya dəyələrin bir küncündə ağartı saxlanan yerin qabağına çəkmək üçün yun
və pambıqdan torlama və zili toxunuşlu yaraşıqlı pərdələr hazırlanırdı. Ləməqabağının aşağı hissəsinə bəndi-rumi kompozisiyalı torlama tikilir. Tor isə qotazlarla tamamlanır.
Ləməqabağı. Şirvan, Azərbaycan. XX əsrin əvvəli. Əriş, arğac – yun,
naxış ipi – yun, pambıq. Keçirtmə, dolama texnikası. İnv. № 3957