Qolbaq “gül”. Qolbaq.
Əziz dostlar!
Qadınların ən sevimli əşyaları olan bəzək nümunələri onlara estetik gözəllik bəxş etməklə yanaşı, həm də mənəvi zövq verir. Azərbaycanda hazırlanan qol bəzək nümunələri olan bilərziklər haqqında maraqlı məlumatları sizlərə təqdim edirik.
Azərbaycanda quruluşuna görə iki - sonluqları baş-başa gələn bağlanmayan və şarnirli qıfılla bağlanan gümüş və qızıl qolbaqlar istehsal olunurdu. XIX əsrin sonu - XX əsrin əvvəlində sadə gümüş qolbaqlara qəlibə tökmə üsulu ilə tərtibat verirdilər. Onların səthini relyefli nəbati naxışla, bəzən xırda firuzə qaşla zənginləşdirərək hazırlayırdılar. Bəzən gümüş şəbəkəli qolbaqların orta hissəsini mərkəzində hamar, şəffaf daş olan yumru medalyonla təchiz edirdilər. Şəbəkə üsulu ilə hazırlanan “gül” qolbaqları Lənkəran və Bakıda geniş yayılmışdı.
Qolbaq “gül”. Bakı, Azərbaycan. XX əsr. Qızıl.
Şəbəkə, gavərsə. İnv. № 7905
Qolbaq. Azərbaycan. XIX əsrin sonu – XX əsrin əvvəli. Qızıl.
Şəbəkə, gavərsə.İnv. № 2326