Xalça “Balıq”
Əziz dostlar!
Sizlərə “Xovlu xalçalar” kolleksiyamızdan orijinal kompozisiyaya malik "Balıq" xalçasını təqdim edirik.
“Əfşan” kompozisiyası əsasında tərtib olunan “Balıq” xalçaları adətən mürəkkəb quruluşa və iri ölçüyə malik olur. Orta əsrlərdə peşəkar rəssamlar tərəfindən yaradılan bu kompozisiya Herat, Qarabağ və Cənubi Azərbaycanda geniş yayılmışdır. Xalçanın quruluşu bu kompozisiyaya xas şəkildə mürəkkəb spirallarla tərtib olunub ki, həmin spirallar balıq adlandırılan elementlərlə tamamlanır. Buna da səbəb elementlərin çox sıx yerləşdirilməsidir. Bu xalça öz adını onun kompozisiyasının əsas elementini təşkil edən balığa bənzər üslüblaşdırılmış dilikli və diliksiz islimi yarpaq təsvirlərindən almışdır.
Xalça “Balıq”. Qarabağ, Azərbaycan.
XIX əsrin III yarısı.
Əriş, xov – yun, arğac – pambıq, yun. İnv. №1