Xalça “Açma-yumma”
Qarabağ tipinə aid olan “Açma-yumma” xalçaları qədimdən Ağdam rayonunun Xıdırlı, Cəbrayıl rayonunun Papı və Sofulu kəndlərində toxunmuşdur. XVIII əsrdən başlayaraq bu xalçalar Şuşa şəhərində də toxunurdu. “Açma-yumma” xalçasının kompozisiyasının əsasını ara sahədə şaquli mərkəzi ox boyunca verilmiş dörd ədəd rombşəkilli göllər təşkil edir. Naxış elementlərinin ahəngdar və nizamlı düzülüşü xalçanı istər bədii, istərsə də vizual baxımdan zənginləşdirir. Göllər və onu əhatə edən açılıb-bağlanan diliklərin sxematikliyini nəzərə alaraq, ustalar kompozisiyanı belə adlandırmışlar.
Xalça “Açma-yumma”. Qarabağ, Azərbaycan. XX əsrin əvvəli.
Əriş, üz ipi – yun, arğac – pambıq. İnv № 6857
Dəyərli dostlar, Qarabağ xalçaları ilə bağlı daha geniş və maraqlı məlumatlar əldə etmək üçün aşağıda qeyd olunan səhifələrimizi izləyə billərsiniz.