ADA Məktəbinin şagirdləri Azərbaycan Milli Xalça Muzeyində qonaq olublar.

ADA Məktəbinin şagirdləri Azərbaycan Milli Xalça Muzeyində qonaq olublar. Şagirdlər muzeyi ziyarət etməklə yanaşı, muzeyin direktoru Şirin Məlikova ilə onları maraqlandıran suallar ətrafında geniş söhbət aparıblar. Şirin xanım istedadlı qonaqların muzeyin yaranması, fəaliyyəti, xalçaçılıq sənəti, Qarabağ xalçaları, milli ornamentlər və s. ilə bağlı suallarını ətraflı  şəkildə cavablandırıb.
Qeyd edək ki, bu maraqlı söhbət ADA Məktəbinin şagirdləri tərəfindən buraxılan “ADAlılar” jurnalının 3-cü sayında (Yanvar, 2021-ci il) geniş müsahibə şəklində dərc olunub.