Bu gün Xüsusi Qayğıya Ehtiyacı olan Şəxslərin Psixofizioloji Reabilitasiya Mərkəzindən bir qrup uşaq muzeyimizi ziyarət etdilər.
Bu gün Xüsusi Qayğıya Ehtiyacı olan Şəxslərin Psixofizioloji Reabilitasiya Mərkəzindən bir qrup uşaq muzeyimizi ziyarət etdilər. Ekspozisiya ilə tanışlıqdan sonra uşaqlar "Uşaq muzeyi" şöbəsinin əməkdaşlarının təqdimatında “Cırtdan” kukla tamaşasını izlədilər.
Qeyd edək ki, bir neçə ictimai birlikləri, idman klublarını və mərkəzləri özündə birləşdirən Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılığı ilə autizmli uşaqların muzeyimizi ziyarəti mütəmadi olaraq davam edəcək.