Azərbyacan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Heydər Əliyev – müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisi” mövzusunda beynəlxalq konfransda iştirak edib
Azərbyacan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Heydər Əliyev – müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisi” mövzusunda beynəlxalq konfransda iştirak edib. Şirin xanım tədbirdə çıxış edərək böyük şəxsiyyət Heydər Əliyevin mədəniyyət və incəsənətin müxtəlif sahələrinin inkişafına, sahib olduğumuz mədəni irsə böyük diqqət və qayğısından danışıb. Azərbaycan Milli Xalça Muzeyinin yaradılmasında, kolleksiyalarının toplanmasında, fəaliyyətində, inkişaf mərhələlərində ümummilli liderin həm sovet, həm də müstəqillik illərində göstərdiyi əvəzsiz xidmətləri vurğulayıb. O, həmçinin Ulu Öndərin 100 illik yubileyi münasibətilə Azərbaycan Milli Xalça Muzeyində açılan “Tarixin salnaməsi” adlı sərgi barədə məlumat verib.
Azərbaycan Respublikası Milli Məclisinin, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) və MDB PA-nın Assambleya Şurası Katibliyinin Demokratiyanın, Parlamentarizmin İnkişafının və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) Bakı filialının birgə təşkil etdiyi konfransa Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan, Rusiya parlamentlərinin nümayəndələri, TÜRKPA-nın, MDB PA-nın məsul şəxsləri, bir sıra səfirliklərin, müxtəlif nazirlik və qurumlarının təmsilçiləri, Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin professor-müəllim heyəti və digər şəxslər qatılıblar.
Tədbirdə çıxış edənlər Heydər Əliyevin multikulturalizm və tolerantlıq siyasətindən, milli-mənəvi və əxlaqi dəyərlərin qorunmasına həssas münasibətindən söz açıblar, Ulu Öndərin siyasi irsinin və təcrübəsinin MDB ölkələri və dünya üçün əhəmiyyətini vurğulayıblar.