Muzeyimizdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Zamanın ilmələri” layihəsi çərçivəsində “Xalça necə yaranır?” adlı yeni ustad dərsi də təqdim edilib.

Ustad dərsi uşaqların milli irsimizə marağını, sevgisini artırmaq və onları məlumatlandırmaq məqsədilə Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsi tərəfindən ilk dəfə təşkil olunur.
Ustad dərsində uşaqlar əvvəldən sonadək xalçanın yaranma mərhələlərinin - qoyunun qırxılması, yunun daranması, əyrilməsi, boyanması, sonda isə xalçanın toxunması proseslərinin şahidi və iştirakçısı olacaqlar.