Muzeyimizin kollektivi 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin hörmətlə anıblar
Muzeyimizin kollektivi 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin hörmətlə anıblar. Onlar Ulu Öndərin məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Sonra Azərbaycan Milli Xalça Muzeyində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə muzeyin direktoru Şirin Məlikova, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, “91-lər hərəkatı”nın üzvü, Professor Hacan Hacısoy çıxış edərək müasir Azərbaycanın memarı və qurucusu olan dahi liderin doğma vətəninin və xalqının inkişafı naminə misilsiz xidmətlərindən, 15 iyun - Milli Qurtuluş Gününün dövlətçiliyimizin tarixində oynadığı roldan danışıblar. Böyük şəxsiyyət Heydər Əliyevin mədəniyyət və incəsənətin müxtəlif sahələrinin inkişafına, sahib olduğumuz mədəni irsə böyük diqqət və qayğısını vurğulayıblar.
Sonra tədbir iştirakçıları muzeyimizdə açılan “Tarixin salnaməsi” adlı sərgi ilə tanış olublar, “Milli sərvətimiz” adlı sənədli filmə baxıblar.