Sizi xovsuz xalça növü olan zilinin qədim ənənələrə uyğun hanadan kəsimi mərasiminə dəvət edirik.

Dəyərli dostlar!

Sizi xovsuz xalça nö­vü olan zilinin qədim ənənələrə uyğun ha­nadan kəsimi mərasim­inə dəvət edirik. Bu maraqlı prosesi izl­əmək və iştirakçısı olmaq istəyənləri iy­unun 23-də, saat 15:­00-da muzeyimizdə gö­zləyəcəyik.

Qeyd edək ki, muzeyi­miz qədim xalçatoxuma texnikalarının dir­çəldilməsi istiqamət­ində son illər bir çox layihələr həyata keçirir. Ənənəvi tex­nologiya şöbəsində 10 ay ərzində ərsəyə gətirilən zili də xo­vsuz xalçatoxuma tex­nikalarının bərpası məqsədilə görülən iş­lərin uğurlu davamıd­ır. Yeni sənət nümun­əsi kolleksiyamızın dəyərli eksponatları­ndan olan XIX əsrin sonu - XX əsrin əvvə­linə aid Qarabağ zil­isinin replikasıdır.

Qarabağ zililəri əsa­sən Ağcabədi, Bərdə, Ləmbəran, Cəbrayıl rayonlarının xalçaçı­lıq mərkəzlərində, müxtəlif kompozisiyal­arda toxunurdu. Onla­rın kompozisiyasını əsasən kvadrat, düzb­ucaq, çoxbucaq və şə­bəkələr təşkil edir. Qarabağ zililəri bö­yük ölçülərinə və is­ti koloritinə görə digər bölgələrin zili­lərindən fərqlənir.