Muzeyimizdə ənənə halını alan hanadan xalça kəsimi mərasimi bu maraqlı prosesi izləmək və iştirakçısı olmaq istəyən qonaqlarımızla birlikdə keçirildi.

Muzeyimizdə ənənə halını alan hanadan xalça kəsimi mərasimi bu maraqlı prosesi izləmək və iştirakçısı olmaq istəyən qonaqlarımızla birlikdə keçirildi.

Yeni xalçamız isə kolleksiyamızın dəyərli eksponatlarından olan XIX əsrin sonu - XX əsrin əvvəlinə aid Qarabağ zilisinin replikasıdır.

Muzeyimiz qədim xalçatoxuma texnikalarının bərpası, dirçəldilməsi istiqamətində son illər bir çox layihələr həyata keçirir. Ənənəvi texnologiya şöbəsində xovsuz xalça növü olan zilinin toxunması da bu məqsədilə görülən işlərin uğurlu davamıdır. Xalça 10 ay ərzində Şəkər Ələsgərova, Ulduz Nəcəfova və Ədilə Fərəcova tərəfindən toxunub.

Qarabağ zililəri əsasən Ağcabədi, Bərdə, Ləmbəran, Cəbrayıl rayonlarının xalçaçılıq mərkəzlərində, müxtəlif kompozisiyalarda toxunurdu. Onların kompozisiyasını əsasən kvadrat, düzbucaq, çoxbucaq və şəbəkələr təşkil edir. Qarabağ zililəri böyük ölçülərinə və isti koloritinə görə digər bölgələrin zililərindən fərqləni

r.