Bu gün – oktyabrın 4-də illərlə həsrətində olduğumuz Cəbrayıl şəhərinin azadlığına qovuşmasından 3 il ötür.
Bu gün – oktyabrın 4-də illərlə həsrətində olduğumuz Cəbrayıl şəhərinin azadlığına qovuşmasından 3 il ötür. Prezident İlham Əliyevin sərəncamına əsasən bu tarix ölkəmizdə Cəbrayıl şəhəri günü kimi qeyd edilir.
Azərbaycan Milli Xalça Muzeyində də əlamətdar günə həsr olunmuş “ Zəfərə açılan yol” adlı tədbir keçirilib. Qonaqlar öncə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə açılan “Tarixin salnaməsi” sərgisi ilə tanış olublar.
Tədbiri muzeyin Şuşa filialının müdiri Azər Abdullayev açıb. Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Cəbrayıl rayonu ziyalılarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Cəbrayıl Rayon Təşkilatının sədri Arif Fərzəliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, jurnalist, publisist Ramilə Qurbanlı, fiolologiya üzrə fəlsəfə doktoru Tariel Abbaslı, şair, yazıçı Əlirza Xələfli, professor Tərlan Quliyev, Əməkdar artist Yaqut Abdullayeva çıxış ediblər. Onlar Cəbrayıl haqqında xatirələrini bölüşüblər, şəhərin tarixi, zəngin maddi-mədəniyyət abidələri barədə danışıblar.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımıza qürur hissi, qələbə sevinci yaşadan qalib Ordumuzun əsgər və zabitlərinə, qazilərimizə sonsuz minnətdarlıq hissi duyduqlarını ifadə ediblər.