Azərbaycan Milli Xalça Muzeyi və Bakı Avropa liseyi birgə “Xalçada poeziya” adlı şeir müsabiqəsi keçirib.
Azərbaycan Milli Xalça Muzeyi və Bakı Avropa liseyi birgə “Xalçada poeziya” adlı şeir müsabiqəsi keçirib. Xalçaların gözəlliyinin tərənnümünə həsr olunmuş müsabiqədə liseyin şagirdləri Həsən Fuad Əliyevin “Şeyx Səfi xalçası” poemasını, Nizami Gəncəvinin “Əzəlin toxuduğu o xalça”, Arkadiy Eydmanın “Bu sehrli xalça”, Vlad Odissanın “Öncəgörmə xalçası”, Nel Znovanın “Xalçada naxışlar” və s. kimi poeziya nümunələrini səsləndiriblər.
Tədbirdə həmçinin muzeyin Uşaq Birliyi üzvlərinin, liseyin şagirdlərinin, həmçinin Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsinin ifasında müxtəlif musiqi nümunələri səsləndirilib.
Sonda “Xalçada poeziya” şeir müsabiqəsinin iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılıblar.