Prezident İlham Əliyevin sərəncamına əsasən oktyabrın 17-i ölkəmizdə Füzuli şəhəri günü kimi qeyd edilir.
Prezident İlham Əliyevin sərəncamına əsasən oktyabrın 17-i ölkəmizdə Füzuli şəhəri günü kimi qeyd edilir. Azərbaycan Milli Xalça Muzeyində də bu əlamətdar tarixi günə həsr olunmuş “Zəfərə açılan yol” adlı tədbir keçirilib.
Tədbiri muzeyin Şuşa filialının müdiri Azər Abdullayev açıb. Vətənin ərazi bütövlüyü uğrunda şəhid olan igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Füzuli rayonu ziyalılarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Yeni Azəbaycan Partiyası Füzuli Rayon Təşkilatının nümayəndəsi Namiq Məmmədov, Şair, Əməkdar mədəniyyət işçisi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini Vaqif Bəhmənli, tibb elmləri doktoru, professor Mübariz Əliyev, filologiya üzrə fəlsəfə doktoru Ehtiram Səfərov, sənətşünaslıq üzrə elmlər doktoru Vəfa Əliyev çıxış ediblər.
Onlar Füzuli rayonunun tarixi, zəngin mədəniyyəti, tarixi abidələri və s. ilə bağlı məlumat veriblər, ata-baba yurdları haqqında xatirələrini bölüşüblər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından sonsuz qürur, sevinc və minnətdarlıq hissləri duyduqlarını bildiriblər.
Sonra qonaqlar Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə muzeyimizdə açılmış “Tarixin salnaməsi” sərgisi ilə tanış olublar.