Muzeyimizdə bizi Vətən müharibəsində qazanılan şanlı qələbəyə daha da yaxınlaşdıran əlamətdar tarixi gün, Qubadlı şəhərinin işğaldan azad edilməsi münasibətilə tədbir keçirilib.

Muzeyimizdə bizi Vətən müharibəsində qazanılan şanlı qələbəyə daha da yaxınlaşdıran əlamətdar tarixi gün, Qubadlı şəhərinin işğaldan azad edilməsi münasibətilə tədbir keçirilib. Prezident İlham Əliyevin sərəncamına əsasən təsis olunan Qubadlı şəhəri gününə həsr edilən “Zəfərə aparan yol” adlı tədbirdə Qubadlı şəhəri ziyalıları, ictimaiyyət nümayəndələri iştirak edib. Qonaqlar öncə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə açılan “Tarixin salnaməsi” sərgisi ilə tanış olublar.

Muzeyin Şuşa filialının təşkilatçılığı ilə keçirilən tədbirdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Sənan Həsənov, Qubadlı rayonu Kərəm Mirzəyev adına Xanlıq kənd 1 saylı tam orta məktəbin müəllimi Akif Səmədov çıxış ediblər. Onlar Qubadlı şəhərinin tarixi, zəngin maddi-mədəniyyət abidələri barədə danışıblar, xalqımıza bu qürurlu günləri yaşadan qalib ordumuzun əsgər və zabitlərinə, qazilərimizə, şəhidlərimizə sonsuz minnətdarlıq hissi duyduqlarını ifadə ediblər.

Tədbirin bədii hissəsində xanəndə Məzahir Məmmədovun ifası dinlənilib, Qubadlıya həsr olunmuş şeirlər səsləndirilib, sənədli film nümayiş olunub.