Sizi oktyabrın 27-də, saat 15:00-da Qarabağın məşhur “Malıbəyli” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasiminə dəvət edirik.
Dəyərli dostlar!
Sizi oktyabrın 27-də, saat 15:00-da Qarabağın məşhur “Malıbəyli” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasiminə dəvət edirik.
Özünəməxsus rəng çalarları və naxışları ilə seçilən Şuşa qrupuna aid bu dəyərli sənət nümunəsi muzeyimizin kolleksiyasında qorunan xalçanın replikasıdır. XX əsrin əvvəllərinə aid orijinal bədii xüsusiyyətə malik “Malıbəyli” xalçasının yeni nümunəsi muzeyimizin Ənənəvi texnologiya şöbəsində 6 ay müddətində toxunub.
Bu maraqlı mərasimi izləmək və iştirakçısı olmaq istəyirsinizsə, muzeyimizə gəlməyi unutmayın!