“Əjdahalı xalçalar” mövzusunda mühazirə keçiriləcək.

Noyabrın 13-də, saat 18:30-da Azərbaycan Milli Xalça Muzeyində “Əjdahalı xalçalar” mövzusunda mühazirə keçiriləcək. Tədbirdə Şərq xalçaları üzrə beynəlxalq konfransın (ICOC) akademik komitəsinin sədri, italiyalı kolleksioner, xalça eksperti Alberto Boralevi çıxış edəcək. O, Azərbaycan Milli Xalça Muzeyi tərəfindən xaricdəki şəxsi kolleksiyadan alınaraq vətənə qaytarılan XVII əsrin əvvəlinə aid Qarabağın nadir kompozisiyalı “Xətai” xalçasına həsr olunan mühazirədə yeni sənət əsərinin bədii-texniki xüsusiyyətləri barədə məlumat verəcək.
Mühazirə ingilis dilində olacaq.
İştirak etmək üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur:

https://forms.gle/rsNPBbMGSyUrqKB77