Azərbaycan Milli Xalça Muzeyində uşaqlar üçün 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.​

Azərbaycan Milli Xal­ça Muzeyində uşaqlar üçün 8 Noyabr – Zəf­ər Gününə həsr olunm­uş tədbir keçirilib.​ Muzeyin Uşaq şöbə­sinin təşkil etdiyi tədbirdə “Şuşa, zəfə­rin mübarək!” adlı kölgə teatrı tamaşası göstərilib, İnnovas­iya Tədris Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət “Zə­fər bizimdir!” adlı sərgi təşkil olunub. Burada “Şuşa qalası­”, “Xarıbülbül” suve­nir xalçalarının haz­ırlanması üzrə ustad dərsləri, “Zəfər bi­zimdir!” adlı bayram konserti keçirilib. Həmçinin 132-134 nö­mrəli təhsil komplek­sinin VI sinif şagir­dlərinin və 2 nömrəli Uşaq-Gənclər İnkiş­af Mərkəzinin “Təbəs­süm” rəqs qrupunun iştirakı ilə tamaşa nümayiş etdirilib.

Fərqli maraqlara uyğ­un hazırlanan, əylən­cəli, maarifləndirici və zəngin proqramı olan tədbir iştirak­çılar tərəfindən böy­ük maraqla qarşılanı­b.