Dünyaca məşhur xalça eksperti Alberto Boralevinin “Əjdahalı xalçalar” mövzusunda mühazirəsi təşkil olundu

Muzeyimizdə vətənə qaytarılan növbəti möhtəşəm sənət əsərinin - XVII əsrin əvvəlinə aid Qarabağın “Xətai” xalçasının təqdimatı çərçivəsində Şərq xalçaları üzrə beynəlxalq konfransın (ICOC) akademik komitəsinin sədri, italiyalı kolleksioner, dünyaca məşhur xalça eksperti Alberto Boralevinin “Əjdahalı xalçalar” mövzusunda mühazirəsi təşkil olundu. Mütəxəssis Azərbaycan Milli Xalça Muzeyi tərəfindən xaricdəki şəxsi kolleksiyadan alınan nadir kompozisiyalı “Xətai” xalçası barədə ətraflı məlumat verdi, onun bədii-texniki xüsusiyyətlərindən danışdı. Alberto Boralevi yeni sənət əsərinin kompozisiya quruluşuna görə italiyalı kolleksionerlər R.Zaleski və Bruskettininin kolleksiyalarındakı nümunələrlə eyni olduğunu diqqətə çatdırdı, iştirakçılar üçün bu xalçaları, həmçinin dünyanın ən məşhur muzeylərində qorunub saxlanan “Əjdahalı” kompozisiyalı digər əsərləri müqayisəli şəkildə təhlil etdi, onların atribusiyası məsələlərinə toxundu. Vaxtilə Qarabağda toxunan, sonradan xarici ölkələrə daşınan bu cür qiymətli sənət əsərlərinin Azərbaycan Milli Xalça Muzeyinə qaytarılmasını muzey üçün önəmli hadisə kimi qiymətləndirdi.

Dinləyicilər üçün maraqlı keçən mühazirədə Alberto Boralevi onların suallarını cavablandırdı, müzakirələr aparıldı.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova muzeyimiz üçün böyük tarixi əhəmiyyəti olan bir gündə burada olduğuna görə Alberto Boraleviyə dərin minnətdarlığımı bildirdi.