Sizi “Zamana qalib gələn milli irsimiz” sərgisi çərçivəsində keçirilən tekstil konservasiyası üzrə ustad dərsinə dəvət edirik.
Əziz dostlar!
Sizi “Zamana qalib gələn milli irsimiz” sərgisi çərçivəsində keçirilən tekstil konservasiyası üzrə ustad dərsinə dəvət edirik. Ustad dərsi muzeyin Xalça və dekorativ-tətbiqi sənəti üzrə konservasiya, bərpa və proflaktik nəzarət şöbəsinin mütəxəssisləri tərəfindən keçiriləcək.
İştirak etmək üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.
https://forms.gle/MtGBUBTpecEgdvT59
Azərbaycan Milli Xalça Muzeyi
13 yanvar 2024-cü il, saat 16:00