Ötən il muzeyimizin “Bədii metal” kolleksiyası məişətdə istifadə edilən mis qablarla da zənginləşib.

Ötən il muzeyimizin “Bədii metal” kolleksiyası məişətdə istifadə edilən mis qablarla da zənginləşib. Kolleksiyaya yeni daxil edilən qablama-qazan və kəfkir öz bədii quruluşu, nəbati və həndəsi naxışları, haşiyə zolağındakı kətəbələri bəzəyən kalliqrafik yazıları ilə diqqəti cəlb edir.

Səfər zamanı geniş istifadə olunan kəfkirin orijınallığı onun dəstəyinin yığılıb-açılması ilə səciyyələnir.

Ustanın peşakarlığı yaratdığı qablar üzərində naxışların bədii quruluşunun kamilliyində, ölçülərin mütənasibliyində özünü göstərir.

Qazan. Təbriz. XIX əsrin sonu. Mis. Cızma

Kəfkir. Təbriz. XIX əsrin sonu – XX əsrin əvvəli. Mis. Döymə, cızma.