Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova Azərbaycan Milli Xalça Muzeyində qonaq olub

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova Azərbaycan Milli Xalça Muzeyində qonaq olub. Ona muzeyin tarixi, fəaliyyəti, kolleksiyaları, zəngin milli irsimiz sayılan Azərbaycan xalça sənəti barədə ətraflı məlumat verilib. Ekspozisiya ilə yaxından tanış olan qonaq muzeyimizlə bağlı xoş təəssüratlarını xatirə kitabına yazıb.

Mədəniyyət naziri Olqa Lyubimovaya Ənənəvi texnologiya şöbəsində toxunmuş kiçik xalça və “Azərbaycan Milli Xalça Muzeyi” kitabı hədiyyə edilib.