18 May - Beynəlxalq Muzeylər Günü çərçivəsində muzeyimizdə dahi şair Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Sənətdə bənzərsiz eşq” sərgisi açılıb.
18 May - Beynəlxalq Muzeylər Günü çərçivəsində muzeyimizdə dahi şair Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Sənətdə bənzərsiz eşq” sərgisi açılıb. Sərgidə Xalq rəssamlarından Lətif Kərimovun “Füzuli” (1973), “Şəbi-hicran” (1976), Eldar Mikayılzadənin “Şəbi-hicran” (1983), “Leyli və Məcnun” (2013), Aydın Rəcəbovun “Füzuli dünyası”, sənətşünaslıq üzrə elmlər namizədi Cəfər Mücirinin “Füzuli” (1975), rəssam Gülmurad Bəbirovun “Füzuli” (1987) xalçaları nümayiş etdirilir. Ekspozisiyada Xalq rəssamı Kamil Əliyevə aid “Füzuli” (1958) xalçasının eskizi, Rafiq Qəmbərovun “Füzuli” dekorativ pannosu, həmçinin ilk dəfə olaraq görkəmli sənətkar Lətif Kərimovun Füzuliyə dair kitablara çəkdiyi bədii tərtibatlardan elementlər yer alır. Dahi şairin zəngin irsinin təcəssümü olan bu sənət nümunələri Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasındandır. Sərgi mayın 30-dək davam edəcək