Ölkəmizə işgüzar səfərə gələn Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin rəhbərləri və mütəxəssisləri Azərbaycan Milli Xalça Muzeyində qonaq olublar.

Ölkəmizə işgüzar səfərə gələn Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin rəhbərləri və mütəxəssisləri Azərbaycan Milli Xalça Muzeyində qonaq olublar. Budapeşt sirkinin direktoru, Budapeşt Beynəlxalq Sirk Festivalının rəhbəri, Şərqi Avropa Sirk Assosiasiyasının prezidenti, Macarıstanın keçmış mədəniyyət naziri Peter Fekete, “Svetnoy bulvarda” Moskva Nikulin Sirkinin bədii rəhbəri və baş direktoru Maksim Nikulin, Belarus Dövlət Sirkinin direktoru Vladimir Şaban, Kazan sirkinin (Tatarıstan Respublikası – RF) direktoru Elmira Bulatova, Rusiyanın ən böyük tematik parkının baş direktoru Lyudmila Kuznetsova və digər qonaqlar muzeyin ekspozisiyası ilə yaxından tanış olublar. Qonaqlara Azərbaycan xalça sənəti, muzeyin tarixi, fəaliyyəti, burada qorunub saxlanılan kolleksiyalar barədə ətraflı məlumat verilib.