Azərbaycan Milli Xalça Muzeyində məktəbəqədər uşaqlar və məktəblilər üçün ekologiya mövzusunda “Çiçəkli buta” əyləncəli proqramı təşkil olunub.
Azərbaycan Milli Xalça Muzeyində məktəbəqədər uşaqlar və məktəblilər üçün ekologiya mövzusunda “Çiçəkli buta” əyləncəli proqramı təşkil olunub.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində muzeyin Uşaq şöbəsi tərəfindən keçirilən tədbirdə müxtəlif ustad dərsləri təqdim edilib. Bunlara kətan üzərində “yaşıl dünya” rəsm kompozisiyası və qurama texnikasında kollaj, eko yumşaq oyuncaqların, plastik qablardan dibçəklərin, yun və pambıq saplardan qolbaqların hazırlanması, eko çantaların boyanması və s. aiddir.
Uşaqlar üçün həmçinin plastik qablardan hazırlanmış kuklaların iştirakı ilə “Məlikməmmədin nağılı” marionet teatr tamaşası göstərilib, muzeyə tematik ekskursiya təşkil edilib.