İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasına qatılmaq məqsədilə ölkəmizdə işgüzar səfərdə olan İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib. Qonağı muzeyin direktoru Əminə Məlikova qarşılayaraq xalqımızın milli irs nümunələrinin qorunub saxlandığı mədəniyyət ocağına göstərilən marağı yüksək dəyərləndirdiyini bildirib.
Sonra Nümayəndələr Palatasının sədrinə daimi ekspozisiyada nümayiş etdirilən nadir sənət nümunələri barədə ətraflı məlumat verilib. O, həmçinin Zərgərlik fondu, “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi ilə tanış olub. Qonaq muzeyimizin xatirə kitabına öz xoş təəssüratlarını yazıb. Xanım Puan Maharaniyə muzeyimizin 55 illiyinə həsr olunan “Azərbaycan Milli Xalça Muzeyi” kitabı hədiyyə edilib.