Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycan Milli Xalça Muzeyində qonaq olub

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib. Muzeyin direktoru Əminə Məlikova ilə görüşən qonaq Fondun türk dünyasının zəngin tarixi-mədəni irsinin qorunması və təbliği istiqamətində fəaliyyətindən danışıb. Görüşdə Azərbaycan Milli Xalça Muzeyi ilə qarşılıqlı sıx əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, tərəfdaşlığa dair fikir mübadiləsi aparılıb.