Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akar, millət vəkilləri Mehmet Muş, Feyzi Berdibek və digər rəsmi şəxslər Azərbaycan Milli Xalça Muzeyini ziyarət ediblər. Qonaqları muzeyin direktoru Əminə Məlikova qarşılayıb. Onlara daimi ekspozisiyada nümayiş etdirilən xalqımızın zəngin milli irs nümunələri, kolleksiyalarda qorunub saxlanılan unikal sənət əsərləri haqqında məlumat verilib. Qonaqlar həmçinin Zərgərlik fondu və “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi ilə tanış olublar.