“Azərbaycan xalçasının bədii əsaslarından müasir incəsənətdə istifadə imkanları” mövzusunda mühazirə keçirilib
Azərbaycan Milli Xalça Muzeyində sənətşünaslıq üzrə fəlsəfə doktoru, vizual sənət nəzəriyyəçisi Elçin Şamillinin təqdimatında “Azərbaycan xalçasının bədii əsaslarından müasir incəsənətdə istifadə imkanları” mövzusunda mühazirə keçirilib. Sənətşünas alim mühazirədə çoxəsrlik mədəniyyətin unikal fenomeni kimi dəyərləndirdiyi Azərbaycan xalçası, onun vizual quruluşu, ümumi qanunları, strukturu və elementlərindən bəhs edib.
E.Şamilli çağdaş dövrdə və gələcəkdə incəsənət, dizayn və memarlıq sahələri üzrə mütəxəssislərin Azərbaycan xalqının vizual dili olan xalça sənətindən istifadə imkanları barədə danışıb.
Tədbirdə qarşılıqlı müzakirələr aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.