Azərbaycan Milli Xalça Muzeyində Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
Fevralın 28-də Azərbaycan Milli Xalça Muzeyində Xalq yazıçısı Çingiz Abdullayevlə görüş təşkil olunub. Səmimi ünsiyyət şəraitində keçən görüşdə tanınmış detektiv ustası həyatından, ədəbiyyata gəlişindən, ona məşhurluq qazandıran əsərlərinin yaranma tarixçəsindən və s. danışıb.
Şəhanə Yusufovanın aparıcılığı ilə baş tutan tədbirdə dəyərli yazıçı Ç.Abdullayev qonaqları maraqlandıran sualları cavablandırıb.
Muzeyin direktoru Əminə Məlikova dəyərli Xalq yazıçısına Ənənəvi texnologiya şöbəsində toxunan xalçanı xatirə hədiyyəsi kimi təqdim edib.