İtalyan heykəltaraş Cüzeppe Karta Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.
Bu gün italyan heykəltaraş Cüzeppe Karta Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.
Böyük meyvə və tərəvəz heykəllərinin müəllifi olan Cüzeppe Kartanın 6 mart tarixindən Heydər Əliyev Mərkəzində “Təbiətin nemətləri” sərgisi açılır. O, əsərlərinin bir qismini məhz bu sərgi üçün yaradıb və onlar ictimaiyyətə ilk dəfə Bakıda təqdim ediləcək.