Azərbaycan Milli Xalça Muzeyində “Çempionların savaşı” adlı turnir keçiriləcək
Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Xalça Muzeyinin birgə təşkilatçılığıyla “Çempionların savaşı” adlı turnir keçiriləcək.
28-30 aprel tarixlərində Azərbaycan Milli Xalça Muzeyində təşkil olunacaq turnirdə Azərbaycan çempionu Rauf Məmmədov özbəkistanlı dünya çempionu Rüstəm Kasımcanova qarşı çıxış edəcək.
Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə isə həmin turnirdə dünya və Avropa çempionu Antoaneta Stefanova ilə mübarizə aparacaq.
"Çempionlar savaşı”nda qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.