Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Milli Xalça Muzeyində qonaq olub.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Milli Xalça Muzeyində qonaq olub. Aktotı xanım Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun rəsm əsərlərindən ibarət “Zamanın ilmələri” sərgisi ilə tanış olub, həmçinin sənətkarın özü ilə söhbət edib. Muzeyin direktoru Əminə Məlikova layihənin ideyası, eyni zamanda “Xalça necə yaranır?” ustad dərsi barədə qonağa məlumat verib. Fondun prezidenti muzeydə ilk dəfə keçirilən ustad dərsində iştirak edib, həmçinin Əməkdar mədəniyyət işçisi Elmira Abbaslının müəllifi olduğu “İlham pərisi” kuklası barədə məlumatlandırılıb.
Azərbaycan Milli Xalça Muzeyi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında qarşılıqlı sıx əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.